Bu il portalından 5,4 milyon dəfə istifadə olunub

30.11.2024

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalından bu il 5,4 milyon dəfə istifadə olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ölkənin sosial reyestri olan həmin portal 2019-cu ildə istifadəyə verilib. Vətəndaşlar özləri haqqında toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) e-sosial.az internet portalı vasitəsilə çıxış imkanına malikdir.

Portal, həmçinin sosial-əmək hüquqlarının təminatına nəzarət, eləcə də pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək imkanı da verir.

E-sosial.az portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 1,6 milyonu ötüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью