Bu il portalından 5,4 milyon dəfə istifadə olunub AZƏRTAC

30.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalından bu il 5,4 milyon dəfə istifadə olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ölkənin sosial reyestri olan həmin portal 2019-cu ildə istifadəyə verilib. Vətəndaşlar özləri haqqında toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) e-sosial.az internet portalı vasitəsilə çıxış imkanına malikdir.

Portal, həmçinin sosial-əmək hüquqlarının təminatına nəzarət, eləcə də pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək imkanı da verir.

E-sosial.az portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 1,6 milyonu ötüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью