Bu il qatarla daşınan sərnişinlərin sayı 16 faiz artıb

15.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

AZCON Holding-in tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-aprel aylarında 3 milyona yaxın çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16 faiz çoxdur.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 8 281 nəfər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью