Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ötən il paytaxt ərazisində qaydalara əməl etməyən 13 min 615 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bu ilin 5 ayı ərzində isə 8 min 713 piyada məsuliyyətə cəlb olunub.
NİİM-in piyadalara müraciətində qeyd olunub ki, piyadaların öz hüquqları olduğu kimi, vəzifələri də var: "Hüquqlarından istifadə edən piyadalar, vəzifələrini də icra etməlidirlər. Qaydalara əməl edərək özünüzlə yanaşı, sürücüləri də təhlükə ilə üz-üzə qoymaya bilərsiniz".