Icma.az, Milli.az saytına istinadən bildirir.
"2026-cı ilin yanvar ayı üzrə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta 3 nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov deyib.
Onun sözlərinə görə qeyd olunan göstərici ümumi avtoqəza travmalarının az bir hissəsini təşkil edir.
Qeyd edib ki, yanvar ayı ərzində nəqliyyatla bağlı travmalar əsasən avtomobil qəzaları ilə əlaqədar olub, iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr isə nisbətən az qeydə alınıb.
Mina Mikayılova
Milli.Az