Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il “Qremmi” Mükafatları Los-Ancelesdə keçirilib.
OLAY yazır ki, gecənin əsas mükafatlarından olan “İlin Albomu” nominasiyasında Bad Banni “Debí Tirar Más Fotos” albomu ilə qalib gəlib və bu kateqoriyada ispanca albomla qalib olan ilk sənətçi kimi tarixə düşüb.
“İlin səs yazısı” mükafatı Kendrik Lamar və SZA-nın birgə ifa etdiyi “Luther” mahnısına verilib. “İlin mahnısı” nominasiyasında isə Billi Ayliş və Finneas O’Konnellin müəllifi olduğu “Wildflower” seçilib. “Ən yaxşı yeni ifaçı” adına Olivia Din layiq görülüb. “Ən Yaxşı Pop Duo/Qrup İfası” nominasiyasında Sintiya Erivo və Ariana Qrandenin “Defying Gravity” performansı qalib olub. “Ən Yaxşı Pop Solo İfası” mükafatını Lola Yanq “Messy” mahnısı ilə qazanıb.
“Ən Yaxşı Rep Albomu” kateqoriyasında Kendrik Lamar “GNX” albomu ilə birinciliyi əldə edib. “Ən Yaxşı Musiqi Filmi” nominasiyasında isə Stiven Spilberqin “Music by John Williams” işi qalib elan olunub.
Ledi Qaqa “Ən yaxşı pop vokal albomu” nominasiyasında “Mayhem” albomu ilə qalib olub. Bu mükafat onun pop musiqi kateqoriyasında ikinci dəfə qazandığı “Grammy”dir.