Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda turizm mövsümü olmasına baxmayaraq, Rusiyada mövcud vəziyyət ölkəyə gələnlərin sayına təsirsiz ötüşmür.
Belə ki, müharibədən öncəki dövrdə Rusiyaya milyonlarla turist gəlsə də son illər bu rəqəm daha da kiçilməyə başlayıb.
“Cebheinbfo.az” xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Rusiyaya 676 400 turist səfər edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artım deməkdir.
Bu səyahətçilərin yarıdan çoxu Çindən gəlib. Çinli turistlərin ümumi sayı 19,7 faiz artaraq 380 600-ə çatıb.
Türkiyə, Hindistan, Cənubi Koreya və Vyetnamdan gələnlərin sayında da artım müşahidə olunub.
Lakin qlobal böhran və Fars körfəzindəki hadisələr səbəbindən həmin bölgədən turist axını kəskin şəkildə azalıb.
Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilər müxtəlif məqsədlər üçün Rusiyaya 7,1 milyon dəfə səfər ediblər.
Bu da əvvəlki illə müqayisədə 9,3 faiz azalma deməkdir. Lakin Rusiya bu rəqəmi tamamilə turizm hesab etmir. Əksinə, özəl biznes, ticarət, təhsil və digər səyahətləri əhatə edir.
Beləliklə, 2026-cı ilin ilk yarısında Rusiyaya ən çox turist göndərən ölkə Çin olub, ardınca isə Türkmənistan gəlir.
Türkiyə siyahıda üçüncü yerdə qərarlaşıb. Türkiyəli turistlərin sayı 2025-ci ilin eyni dövründəki 30 819 nəfərdən 2026-cı ilin eyni dövründə 36 900 nəfərə yüksəlib.Azərbaycan turistləri siyahıdakı ilk iyirlikdə yer almayıb.
Rəsmi sərhəd xidmətinin statistikasına əsasən, hələ 2019-cu ildə Rusiyaya səfər edən xarici vətəndaşların ümumi sayı 19 milyon nəfərdən çox olub.
Turizm məqsədi ilə gələnlərin sayı isə təxminən 5 milyon nəfər təşkil edib. Həmin dövrdə Rusyaya gələnlərin sırasında ilk yerdə 5,9 milyon nəfərlə Ukrayna vətəndaşları yer alıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin