Bu il tibb müəssisələrinə olunan müarciətlərin sayı açıqlandl

18.12.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bunlar kifayət qədər böyük rəqəmlərdir və bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. 

“Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk”.

Nəzərə çatdırıb ki, 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB-in üzvünə çevriliblər.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью