Bu il uşaqlara ən çox qoyulan adlar SİYAHI

08.10.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il ərzində uşaqlara ən çox verilən adlar açıqlanıb.
Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin 9 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı verilib. Belə ki, bu ad 1143 nəfər uşağa verilib.
Qız adlarından isə ən çox istifadə olunan Melisa adıdır. Bu il doğulan 847 qıza Melisa adı verilib.
Uşaqlara qoyulan ən çox adların siyahısı belədir:
Uğur (1143), Raul(896), Miran(772), Əli(749), Hüseyn(732), Yusif(611), Murad(513), Ömər(496), Tunar(464) və Ayxan(461), qızlara isə Melisa (847), İnci(806), Alisa(785), Məryəm(748), Nilay(740), Aylin(729), Ayla(667), Zəhra(650), Zeynəb(619) və Miray(519).
Fəridə, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью