Bu il xarici vətəndaşlara qaytarılan ƏDV nin həcmi 2,9 mln. manatı ötüb

15.05.2025

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsindən xarici vətəndaşlara 2 milyon 922,3 min manat ƏDV geri qaytarılıb.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, geri qaytarılan vəsait Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью