Bu il xarici vətəndaşlara qaytarılan ƏDV nin həcmi 6 mln. manata çatıb

14.08.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən xarici vətəndaşlara ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin 5 milyon 874 min manatı geri qaytarılıb.

Bu barədə  Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью