Bu il Xocavəndə ilk köç nəzərdə tutulur

17.04.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərdinə, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır.

“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqruma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью