Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda yağıntıların normadan artıq düşməsi kənd təsərrüfatı üçün faydalı olacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.
O bildirib ki, torpağın oyanması ərəfəsində qarın yağması müsbət hadisə kimi qiymətləndirilməlidir: "Dağlara qar yağır.
Təsəvür edin ki, dağlara qar yağmasa, bulaqlar olmaz, bulaqlar qurusa, çaylar olmayacaq. Nəticə etibarı ilə ərazilər quraqlıq olacaq.
Neçə ildir ki, müşahidə edirdik, yağıntıların olmaması səbəbindən çöllərdə ot göyərmirdi.
Bu il yağıntılar normadan artıq düşüb, havalar istiləşən kimi torpaqda bir canlanma baş verəcək”.
Ekoloq qeyd edib ki, qarın indi yağması çox faydalıdır: "Yaz ərəfəsindəyik, bir azdan torpaq oyanacaq.
Bu il yağışların yağması kənd təsərrüfatı məhsularının bolluğuna da təsir edəcək.