Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb

13.05.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

Lent.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16 faiz, xəsarət alanlar üzrə 34 nəfər və ya 39 faiz azdır.

***

2025-ci ilin I rübü ərzində respublika ərazisində 4 partlayış hadisəsi baş verib.

FHN-dən verilən xəbərə görə, partlayışlar zamanı 4 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bu da 2024-cü ilin I rübü ilə müqayisədə 9 hadisə və ya 64 faiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью