Bu il yaz fəsli Azərbaycana martın 20 də daxil olacaq

20.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 fevral, AZƏRTAC

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45-də təsadüf edəcək.

BDU-nun Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью