Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq

29.06.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.

525.az xəbər verir ki, Basş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью