Bu il yerli və xarici tərəfdaşlarla fəal işlər aparmışıq Fərid Şəfiyev

24.12.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi​ 2024-cü il ərzində ölkə daxilində, sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal işlər aparıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılıb. Azərbaycan gündəminin yığcam, düzgün analitik təsirini ehtiva edən 12 bülleten hazırlanıb", - deyə Fərid Şəfiyev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью