Bu ildən tədris digər dillərdə olan siniflərdə Azərbaycan tarixi Azərbaycan dilində tədris ediləcək

22.08.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

APA xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью