Bu ilin 11 ayında DOST mərkəzlərində 850 min vətəndaşa xidmət göstərilib AZƏRTAC

18.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında DOST mərkəzlərində 850 min vətəndaşa xidmət göstərilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью