Bu ilin 11 ayında DSMF nin xərcləri 6 milyard 885 milyon manat olub

10.12.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 8 faiz və ya 537 milyon manat çox olmaqla 7 milyard 370 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 7 faiz və ya 389 milyon manat artaraq 5 milyard 738 milyon manat olub.

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 586 milyon manat çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью