Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 % dən çox artıb

09.06.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-aprel aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 545,3 milyon manat olub. SİA xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 19,3 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,5 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 % artaraq 764 milyon manat olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью