Bu ilin 7 ayında özəl sektorun idxalı 9% dək artıb

04.09.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi idxalı əvvəlki illə müqayisədə 3 milyard 734 milyon dollar və ya 27,4% azalaraq 9 milyard 881 milyon ABŞ dollarına bərabər olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,34% (823 mln. 847 min dollar), özəl sektorun payı 82,98% (8 milyard 198 mln. 684 min dollar), fiziki şəxslərin payı isə 8,68% (858 mln. 177 min dollar) təşkil edib.

Əvvəlki illə müqayisədə özəl sektorunun idxalı 648 milyon 37 min dollar və ya 8,6% artıb.

Qeyd edək ki, ötən 7 ayda özəl sektorunun ixracı isə 8 milyard 821 mln. 381 min dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью