Bu ilin 9 ayında 101 attestat verilib

13.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda akkreditasiya ilə bağlı 92 müraciət daxil olub, ümumilikdə 101 attestat verilib.

Modern.az xəbər verir ki, bunu mərkəz rəsmisi Ləman Salmanova Bakıda keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, doqquz ay ərzində sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına isə 27 attestat təqdim olunub.

Mal, xidmət və işlərin sertifikatlaşdırılması üzrə qurumlara 8, inspeksiya qurumlarına 6 attestat verilib. İdarəetmə sistemlərinin və fiziki şəxslərin sertifikatlaşdırılması üzrə təşkilatların hər birinə isə 4 attestat təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью