Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 73,5 min vahid və ya 3,47 faiz artaraq 2 188 mindən çox təşkil edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 11,9, fiziki şəxslər üzrə 58,3, torpaq mülkiyyətçiləri üzrə isə 3,3 min vahiddən çox artıb.