Bu ilin əvvəlindən Qırğızıstanda qızılcaya 229 yoluxma halı qeydə alınıb AZƏRTAC

17.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

2025-ci ilin əvvəlindən Qırğızıstanda qızılcaya 229 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, xəstəliyin artmasının əsas səbəbi peyvəndlənmənin aşağı səviyyədə olmasıdır. Belə ki, Bişkekdə bu göstərici cəmi 69 faizdir.

Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkə üzrə 14 min 380 qızılca hadisəsi qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью