Bu ilin ilk altı ayında Türkiyənin hava nəqliyyatından 108,8 milyon sərnişin istifadə edib

10.07.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu ilin ilk 6 ayında ölkənin hava nəqliyyatından 108,8 milyon sərnişinin istifadə etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, nazir Uraloğlu bu barədə “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

“Türkiyə aviasiyada zirvəyə uçur” sözləri ilə paylaşım edən nazir bildirib ki, bu rəqəm Avropa İttifaqına üzv 17 ölkənin ümumi əhalisinin sayından daha çoxdur.

Qeyd edilib ki, eyni dövr ərzində Türkiyə aeroportlarında 1 milyon 134 min 447 təyyarə hərəkət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью