Bu ilin ilk ayında ÜDM azaldı SƏBƏB KONKRET | Icma.az
Icma.az, Konkret.az saytına istinadən bildirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 4
Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir.
ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir.
KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb: “Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.
Bütövlükdə isə neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,9 faiz artıb.
2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir.
ÜDM-də azlamaya rəğmən qeyri-neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir.
Tam oxu
Xəbəri oxu