Bu ilin ilk hərracında dövlətə məxsus 1 müəssisə və 26 nəqliyyat vasitəsi özəlləşdirilib AZƏRTAC

08.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən müəssisə “Bakı Beton Konstruksiyaları” MMC-dir. Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar yanvarın 14, 28 və 30-da keçiriləcək. Hərraclara səhmdar cəmiyyətin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb. İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью