Bu ilin ilk rübündə ARDNF dövlət büdcəsinə 3,6 milyard manat transfert edib

17.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 milyon manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 999 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qeyd olunan dövrdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilib.

Sözügedən dövrdə, ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 7 milyon manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью