Bu ilin ilk yarısında gəmilərlə yükdaşımalarda artım qeydə alınıb

14.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 iyul, AZƏRTAC

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə həyata keçirilən yükdaşımalar cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4,1 milyon tondan 4,6 milyon tona yüksəlib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar ayından iyun ayınadək tanker gəmiləri ilə 2,2 milyon ton yük daşınıb ki, ötən ilin ilk yarısında bu rəqəm 2 milyon ton olub. Bu da 10 faizə yaxın artım deməkdir.

Bu ilin birinci yarısında bərə və Ro-Pax tipli gəmilərlə 19 min 280 ədəd yük avtomobili daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Eyni tip gəmilərlə vaqon daşımalarında 4 faiz azalma qeydə alınıb. Belə ki, 2025-ci ildə 18 min 227 vaqon daşınıb, ötən il isə bu rəqəm 19 min 68 olub.

Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalar üzrə qeydə alınıb. 2025-ci ilin ilk 6 ayı ərzində 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki (363 min 818 ton) göstəricidən təxminən 83 faiz çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью