Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, QHT.az-a verdiyi açıqlamada Azərbaycanın müstəqillik tarixinin önəmli mərhələlərinə toxunaraq, ölkəmizin əldə etdiyi suverenliyi və konstitusiyanı yüksək qiymətləndirib.QHT sədri qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra mənfur qonşular tərəfindən terrora, işğala və soyqırımına məruz qalıb, ərazilərinin 20 faizinin işğal olunduğunu xatırladıb.
Lakin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli, bəşəri və mütərəqqi siyasət nəticəsində müzəffər ordu torpaqlarımızı işğaldan azad edib.
Rauf Zeyni Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirərək, 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin xalqımız və dövlətimiz üçün tarixi bir məqam olduğunu vurğulayıb:"1923-cü il, 19 sentyabrda 23 saat ərzində Azərbaycan tam suverenliyini bərpa etdi, terrorçuları və işğalçıları ölkəsindən uzaqlaşdırdı.
Terrora, işğala və suverenliyə olan təhdidlərə son qoyuldu və təbii ki, çox sevindirici hal oldu ki, 2025-ci il cənab Prezident tərəfindən Konstitusiya və Suverenlik ili kimi qeyd olunur.
Çünki ölkə Prezidenti yaxşı bilir ki, bu gün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və onun konstitusiya quruluşuna müəyyən təhdidlər və təsirlər mövcuddur.
Ona görə də xalqımız, dövlətimiz, bütövlükdə dünya azərbaycanlıları və bütün qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti bu təşəbbüsü gözləyirdik ki, Konstitusiya və suverenliyimizin müdafiəsi uğrunda bir il ərzində daha fəal və daha aktiv fəaliyyət göstərmək üçün əlaqədar tədbirlərin və layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranır.
Bu imkanlar çərçivəsində, bu il ərzində düşünürəm ki, Konstitusiyanın əhəmiyyəti və mahiyyəti, onun tarixi bir nailiyyət olması, eyni zamanda şirin arzularının gerçəkləşməsi qeyd olunacaq.