Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib

18.12.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 18 dekabr, AZƏRTAC

Qazaxıstan ilə Azərbaycan arasında xarici ticarət həcmi bu ilin yanvar-oktyabr aylarında 385,2 milyon dollar və ya hesabat dövründə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib.

AZƏRTAC Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac həcmi 325,9 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir.

Azərbaycandan malların idxalı həcmi 59,2 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью