Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6 faiz və ya 385 milyon manat çox olmaqla 6 milyard 601 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 371 milyon manat artaraq 5 milyard 237 milyon manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 milyard 263 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 537 milyon manat çoxdur.