Bu ilin ötən dövründə 44,7 min şəxsə əlillik təyin olunub

10.12.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"Bu ilin yanvar-noyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 44,7 min şəxsə əlillik təyin edilib".

Bu barədə Sitat.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 22,2 mininə ilkin, 22,5 mininə təkrar əlillik təyinatı aparılıb.

"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub", - deyə məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью