Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 874 mily
“APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2 faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır.
İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0 faizi 2-3 illik, 30,0 faizi isə 5-il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.