Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

17.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında ölkədən 14 milyard 427,7 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,13 faiz çoxdur.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 7,3 faiz azalaraq 4 milyard 882,4 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında isə Azərbaycandan 5 milyard 269,1 milyon dollar dəyərində yəni, 14 milyard 409,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью