Bu imtahan onlayn və oflayn keçiriləcək

15.01.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dili üzrə sertifikasiya imtahanına hazırlıq prosesi başa çatıb. İmtahanın yaxın zamanda keçirilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanın həm onlayn, həm də DİM-in elektron imtahanlar korpusunda oflayn olaraq keçirilməsi planlaşdırılır.

“Müəyyən texniki səbəblərə görə imtahanın təşkili gecikdi. Elektron imtahanların keçirilməsi cədvəli sıx oldu. Azərbaycan dili üzrə sertifikasiya imtahanında iştirak etmək üçün iştirakçılar əvvəlcə xüsusi anket dolduracaqlar. İmtahandan əvvəl sınaq imtahanı keçiriləcək”, - deyə Məleykə Abbaszadə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью