Bu imtahana qeydiyyat başa çatır

10.06.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat başa çatır.

“Cebheinfo.az” xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Nigar
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью