Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ də “partlayıcı” ishala səbəb olan siklosporoz infeksiyasına daha iki ştatda – Vaşinqton və Nyu-Yorkda rast gəlinib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, infeksiya artıq 47 ştatda qeydə alınıb. Ümumilikdə ABŞ-da siklosporozun təxminən 14 min halı aşkarlanıb.
“May ayından etibarən mərkəz ABŞ də laboratoriya testləri ilə təsdiqlənmiş 13 895 siklosporoz hadisəsi barədə məlumat alıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci il mayın 1-dən avqustun 31-dək ABŞ-da 1 180 hal barədə məlumat verilmişdi”, – deyə CDC bildirib.
Mərkəz əlavə edib ki, daha 10,5 minə yaxın halın araşdırılması tələb olunur.
Avqustun 8-də ABŞ-ın Tafts Universitetinin tədqiqatçıları siklosporozun yaratdığı “partlayıcı” ishalın yayılması zamanı moruq və çiyələyin təhlükəli məhsullar siyahısına daxil edildiyini açıqlayıb. Mütəxəssislər bildiriblər ki, adətən təzə halda istehlak edilən moruğun səthi mürəkkəb və məsaməli quruluşa malik olduğundan onu hərtərəfli yumaq çətindir. Bu səbəbdən giləmeyvə siklosporların yayılması üçün əlverişli mühitə çevrilə bilər.
Xədicə BAXIŞLI