Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Natiq Cəfərli: “Biznesin gələcəyi görə bilməsi üçün şəffaflıq və sabitlik yaradılmasa, nə qədər şüar səslənsə də, heç nə dəyişməyəcək".
“Gündəlik neft hasilatında 80 min barrel azalma var” REAL Partiyasının icraçı katibi, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsiri, ölkə iqtisadiyyatındakı mövcud problemlər, onlardan çıxış yolları və bu ətrafda digər mövzularla bağlı sualları cavablandırıb.
Müsahibənin ilk hissəsini təqdim edirik: - Natiq bəy, OPEC+ neft hasilatını artırmağa qərar verdi, bu isə onsuz da enən qiymətlərə daha da mənfi təsir edə bilər.
Brent markalı neft 59 dollara, Azərbaycanın istehsal etdiyi xammal isə bundan bir neçə dollar baha satılır.
Halbuki büdcədə qiymət 70 dollar səviyyəsində nəzərdə tutulub. Ümumilikdə, yaxın gələcəkdə neft bazarında vəziyyət necə olacaq?
Bu barədə proqnozunuz varmı? - Əslində, hazırda baş verənlər gözlənilən çərçivədədir.
Keçən ildən etibarən Donald Tramp seçki kampaniyasına başlayarkən əsas diqqət yetirdiyi üç istiqamətdən biri neft sahəsi idi.