Bu insanlara kəsmik yemək tövsiyə olunmur Təhlükəlidir | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngindir.
Lakin bəzi insanlar üçün bu qidanın istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır.
Ölkə.az Milli.Az-a istinadən kəsmik yeməməsi tövsiyə olunan insanları təqdim edir: Laktaza çatışmazlığı və ya süd məhsullarına qarşı allergiyası olanlar Kəsmik süd məhsulu olduğu üçün laktaza fermenti çatışmazlığı olan insanlarda həzm problemlərinə (qaz, şişkinlik, ishal) səbəb ola bilər.
Süd məhsullarına allergiyası olanlar isə bu qidanı tamamilə rasiondan çıxarmalıdır.
Böyrək xəstəlikləri olanlar Kəsmikdəki yüksək zülal miqdarı bəzi böyrək xəstəlikləri olan insanlara mənfi təsir edə bilər, çünki böyrəklər artıq zülalı parçalamaqda çətinlik çəkə bilər.
Ürik turşusu yüksək olanlar (podaqra) Kəsmikdə bəzi heyvani zülal növləri var ki, bunlar ürik turşusunun səviyyəsini artıra bilər və podaqra simptomlarını şiddətləndirə bilər.
Duzlu və ya yağlı kəsmikdən uzaq durmalı olanlar Yüksək təzyiq və ürək-damar xəstəlikləri olan insanlar duzlu kəsmikdən çəkinməlidirlər.
Tam oxu
Xəbəri oxu