Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Depressiya beyində əhvalı və iştahanı tənzimləyən maddələrin – serotonin və dopaminin – balansını poza bilər".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.
O bildirib ki, bu dəyişikliklər insanın həm əhval-ruhiyyəsinə, həm də iştahına birbaşa təsir edir: "Serotonin həm əhvalı tənzimləyir, həm də qida ehtiyacını.
Depressiyada bu maddələrin azalması bəziləri üçün iştahanı artırır, bəziləri üçün isə tamamilə azaldır.
Hiperfagiya (çox yemək): Bəzi insanlar yeməyi bir növ emosional tənzimləmə üsulu kimi istifadə edirlər.
Karbohidratlı və şəkərli yeməklər müvəqqəti rahatiq hissi yaradır. Bu isə insana Emosional doyumluluq hissi verir.
Hipofagiya ise (iştahanın itməsi): Bəzi insanlarda depressiya ümumi həyat marağının və enerjisinin azalmasına səbəb olur.