Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (Agentlik) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliyə uyğun uçota alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Demokrat.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyndən (İKTA) məlumat yayıb.
Məlumatda bildirilir ki, qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.
“Classnet” Məhdud Məsuliyyətli Cəmiyyətinin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Agentlik internet telekommunikasiya xidməti göstərən operator və provayderləri uçota durma qaydalarına riayət etməyə çağırır və bu istiqamətdə operator və provayderlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirməklə metodoloji və texniki dəstək göstərir. Telekommunikasiya operatorları və provayderləri üçün sözügedən sahə üzrə çətinlik yarandığı halda, Agentlik səlahiyyətləri çərçivəsində kömək etməyə daim hazırdır.
Yəni, istifadə etdiyiniz internetin keyfiyyəti və təhlükəsizliyi dövlət tərəfindən daha ciddi qorunur. Əgər provayderiniz rəsmi uçota durmursa, bu, gələcəkdə qarşılaşacağınız texniki problemlərdə və ya hüquqlarınızın pozulması hallarında şikayət edəcəyiniz rəsmi bir ünvanın tapılmaması riskini yaradır. Belə yoxlamalar sayəsində sizin evinizə internet çəkən şirkətlərin "yeraltı" fəaliyyətinin qarşısı alınır və daha məsuliyyətli xidmət təmin edilir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyndən (İKTA) məlumat yayıb.