Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Turizmin ölkə üçün əsas üstünlüklərindən biri də xarici valyuta daxilolmalarını artırmasıdır. Bu baxımdan turizm xidmət ixracının bir formasıdır: məhsul xaricə göndərilmir, əksinə, xarici vətəndaş ölkəyə gələrək həmin xidməti buradan alır. Bu, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına kömək edir”.
İqtisadçı ekspert Kamran Hacıyev bunu 525.az-a deyib. Onun sözlərinə görə, turist axınının artması regionlar üçün də xüsusi əhəmiyyət daşıyır. Turizm potensialı olan rayonlarda hotellərin, ailəvi qonaq evlərinin, restoranların, nəqliyyat və tur xidmətlərinin inkişafı yerli əhalinin gəlir imkanlarını genişləndirir. Eyni zamanda yolların, ictimai məkanların və xidmət infrastrukturunun yaxşılaşdırılmasına təkan verir. Bu infrastrukturlardan isə sonradan yerli əhali də istifadə edir.
Sevinc Qarayeva