Bu işçilərə 125 manat verilir

08.10.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ezamiyyətdə olan işçilərə pul avansı verilir.

Metbuat.az-ın məlumatına görə, bu avans 1 günlük ezamiyyə xərclərinə və nəqliyyat xərclərinə uyğun müəyyən edilir. Xərclərə mehmanxana, yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər daxildir.

Ezamiyyət xərcləri gündəlik norma üzrə müəyyən edilir. Hazırda ölkədaxili ezamiyyət üçün 1 günlük normalar belədir:

Bakı – 125 manat
Gəncə və Sumqayıt – 95 manat
Naxçıvan – 100 manat
Digər şəhər və rayonlar – 90 manat

Bu məbləğin 70 faizi mehmanxana, 25 faizi gündəlik yemək və rabitə xərclərinə aiddir. Xarici ezamiyyətlərdə isə 1 günlük xərclərin 40 faizi yemək, 60 faizi yaşayış və digər xərclər üçün hesablanır.

Qeyd edək ki, əgər ezam olunan işçini dəvət edən tərəf yaşayış və yeməklə tam təmin edirsə, işçiyə gündəlik ezamiyyə məbləğinin cəmi 5 faizi ödənilir. Əgər yalnız yaşayış təmin olunubsa, gündəlik məbləğin 30 faizi, yalnız yemək təmin olunubsa, 75 faizi ödənilir. Dəvət edən tərəfin bu xərcləri üzərinə götürməsi sənədlərlə təsdiqlənməlidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью