Bu işçilərə ikiqat maaş veriləcək

03.02.2026

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Əsas yeniliklərdən biri vətəndaşların müəyyən hallarda ikiqat əmək haqqı almasıdır. Belə ki, bundan sonra qeyri-iş günlərində işləyən kəslərə ikiqat maaş ödəniləcək.

Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında qeyri-iş günündə işləməyə görə əməkhaqqının hesablanması qaydalarını izah edib:

“Əgər işçi qeyri-iş günündə işə cəlb olunubsa, ona həmin gün üçün əməkhaqqı ikiqat məbləğdə ödənilməlidir. Hazırda əməkhaqqı əsasən aylıq qaydada müəyyən edilir. Məsələn, işçi ayda 1000 manat əməkhaqqı alırsa, bu məbləğ həmin ay üzrə iş günlərinin sayına bölünür və bir günlük əməkhaqqı hesablanır. Daha sonra qeyri-iş günündə görülən işə görə həmin günlük məbləğin iki qatı ödənilir. Məsələn, işçinin bir günlük əməkhaqqı 20 manatdırsa, qeyri-iş günündə işlədiyinə görə ona 40 manat ödənilməlidir”.

Ə.Həsənov qeyd edib ki, saatlıq hesablamada da eyni prinsip tətbiq olunur. İşçinin bir saatlıq əməkhaqqı müəyyən edilir və qeyri-iş günündə işlədiyi hər saat üçün həmin məbləğin iki qatı ödənilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью