Bu işçilərin əməkhaqları artırılıb

27.10.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verob.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı
artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3,0 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью