Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Turkustan.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakimlərdən birinin dəyişdiyi məlum olub.
Hakimlər heyətindən Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə hakim göndərilib.
Onu əvəz etmək üçün Gəncə Ağır Cinayətlər Məhkəməsindən ezam olunan hakim Roman Ələkbərli tərkibə daxil edilib.
Bu səbəbdən məhkəmə istintaqı yenilənib. Təqsirləndirilən şəxslərdən əvvəlki məhkəmələrə verdikləri ifadələri təsdiqləyib-təsdiqləmədikləri
Nuridə Seyidova özünü qismən, digər iki şəxs isə özlərini təqsirli bilməyiblər.
Daha sonra hakim elan edib ki, Dövlət Gömrük Komitəsinin Tibb xidmətindən məhkəmnin sorğusuna cavab verilib.