Bu işi evdən çıxmadan da etmək olar qayda AÇIQLANDI

18.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

VÖEN üzrə vergi uçotunu müvəqqəti dayandırmaq istəyən şəxslərin bunun üçün bir neçə müraciət imkanından istifadə edə biləcəyi açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun üçün vətəndaş uçotda olduğu vergi orqanına və ya həmin ərazi üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Marqarita pizza

Bununla yanaşı, gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olan şəxslər vergi orqanına gəlmədən fəaliyyətlərinin müvəqqəti dayandırılması üçün ərizəni elektron qaydada təqdim edə bilərlər.

Fəaliyyətin onlayn dayandırılması ilə bağlı prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin elektron xidmətlər bölməsindən əldə etmək mümkündür.

Həmçinin fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə bağlı videotəlimat təqdim olunub.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью