Axar.az saytına istinadən Icma.az xəbər verir.
Bazar günü axşam İranın İsrailə endirdiyi zərbə Təl-Əvivə Livana hücumları dayandırmaq üçün göndərilmiş xəbərdarlıq olub.
Axar.az xəbər verir ki, bunu İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi X səhifəsində yazıb.
Onun sözlərinə görə, İran İslam Respublikası dəfələrlə atəşkəs rejiminin pozulmasına və Livana qarşı təcavüzə dözməyəcək:
“Bu axşam təcavüzkarlar öz cavablarını aldılar. Bu cavab onların cinayətlərini dayandırmaları üçün xəbərdarlıqdır”.